Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

“Omski-117” gəmisi Həştərxana qayıdıb

Rusiyanın quru yük gəmisi Volqa-Xəzər dənizi kanalında saydan çıxarılıb.

”Seanews.az” xəbər verir ki, Həştərxandan Əmirabada arpa aparan gəmi oktyabrın 29-da Həştərxan vilayətinin İkryaninski rayonunun Vaxromeyevo kəndi yaxınlığında saya oturmuşdu.

Dünən Moskva vaxtı ilə saat 19:00-da “Omski-117” quru yük gəmisi saydan çıxarılıb və Həştərxan limanına istiqamət götürüb.

Gəminin heyəti 13 nəfərdən ibarətdir, heç kəs xəsarət almayıb.

Hadisə gəminin keçidi boyunca nəqliyyatın hərəkətinin dayandırılmasına və akvatoriyanın çirklənməsinə səbəb olmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır