Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Şri-Lankanın ən böyük limanında yeni terminalın tikintisi 700 milyon dollara başa gələcək

Şri-Lankanın ən böyük limanında yeni terminalın tikintisinə başlanılıb.

"Seanews.az" xəbər verir ki, 700 milyon dollarlıq layihə qismən “Adani Group” tərəfindən maliyyələşdirilir.

Şri-Lanka Dövlət Limanlar Administrasiyasının (SLPA) idarəedici direktoru Upul Jayatissanın sözlərinə görə, liman akvatoriyasında dibdərinləşdirmə işlərinə başlanılıb. Layihənin birinci mərhələsi 2024-cü ilin üçüncü rübündə başa çatacaq. Bütün terminalın tikintisinin 2025-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

“Adani Ports Group” terminal operatoru “West Container Terminal”-ın (“WCT”) 51%-nə sahibdir. Şri Lankanın “John Keells Holdings” qrupu “WCT”-də 34% paya, qalan hissəsi isə “Port Authority SLPA”-ya məxsusdur.

Qeyd edək ki, ötən il “Adani Group”-un Şri-Lanka limanlarına sərmayə qoymaq planları ölkədə mübahisələrə səbəb olmuşdu: liman birlikləri Şərq Konteyner Terminalının tikintisinin hökumət tərəfindən həyata keçirilməsində israr edirdilər. Sonradan ölkə hakimiyyəti şirkəti Şərq Konteyner Terminalının  tikintisindən kənarlaşdırıb. Bununla belə, sentyabr ayında Şri Lanka hökuməti limanın başqa hissəsində “WCT” tikmək üçün “Adani Ports” qrupu ilə yeni müqavilə imzaladı.

 layihə qismən “Adani Group” tərəfindən maliyyələşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır