MSC “Rimaorchiatori Mediterranei”ni alır
Dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan “Mediterranean Shipping Co.” (MSC) “Rimaorchiatori Mediterranei”ni alır.
“Seanews.az” xəbər verir ki, bununla bağlı tərəflər arasında razılaşma imzalanıb.
Alqı-satqı əməliyyatının ”SAS Shipping Agencies Services Sarl”-ın vasitəçiliyi ilə həyata keçiriləcəyi bildirib. Razılaşmanın digər detalları açıqlanmayıb.
Qeyd edək ki, “Rimaorchiatori Mediterranei” İtaliya, Malta, Sinqapur, Malayziya, Norveç, Yunanıstan və Kolumbiyada fəaliyyət göstərən beynəlxalq yedək gəmisi operatorudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

