Yanvar-sentyabrda Çindən Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb
2022-ci ilin yanvar-sentyabrında Çindən Türkiyə limanlarına 9 milyon 239 min 62 ton yük daşınıb.
Trend xəbər verir ki, bu barədəTürkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 36 min 655 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 9 milyon 17 min 842 ton yük çatdırıb.
Bu müddətdə Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 184 min 565 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Çindən 1 milyon 804 min 202 ton tranzit yük daşınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

