Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

nəlxalq Enerji Agentliyi: Orta müddətdə neftin qiyməti art

Orta müddətdə dünya birjalarında neftin qiyməti yüksələcək. Bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Almaniyanın Hamburq şəhərində keçirilən Qlobal Külək Enerjisi Sammitində deyib. “Orta müddətdə neftin qiymətinin artacağını və bazarda daralma olacağını gözləyirik. Bu, neft idxal edən ölkələrlə yanaşı, uzun müddətdə neft ixrac edən ölkələr üçün də yaxşı xəbər deyil. Neftin qiymətinin artmasının iki səbəbi var. Qlobal neft tələbatı bu vaxta kimi ən maksimum səviyyədə artdı. Venesuela və Yaxın Şərqdə isə neft istehsalında azalmalar var. Əgər Səudiyyə Ərəbistanı və Rusiya kimi böyük istehsalçıların hasilatında böyük artım olmasa “qara qızıl”ın qiyməti yüksəlməkdə davam edəcək”, – deyə F.Birol qeyd edib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır