Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

AR: Bu vaxtadək “Qərbi Abşeron” yatağında 18 quyu qazı

İndiyədək “Qərbi Abşeron” yatağında 18 quyu qazılıb. Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir. Qeyd edilir ki, 2014-cü ildən başlayaraq “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi “Qərbi Abşeron” yatağında horizontal quyuların qazılmasına başlanılıb. Bu vaxtadək yataqda 18 quyu qazılıb və 15÷20 kubmetr/gün hasilatla istismara daxil edilib. Yataq üzrə gündəlik neft hasilatı 72 tondan 261 tona, illik hasilat isə 19,8 min tondan 95,4 min tonadək artıb. Hazırda yataqda 54 nömrəli özüldə qazma işləri davam etdirilir: “Aparılan qazma işlərinin nəticələrinin təhlili göstərir ki, yeni quyuların qazılıb istismara verilməsi yataqlar üzrə hasilatın sabitləşməsi və qismən artırılması istiqamətində həyata keçirilən əsas tədbirlərdən biridir. İstismar qazması hesabına işlənmədə olan obyektlərdə quyu şəbəkəsi qismən bərpa edilir, texniki səbəbdən sıradan çıxmış köhnə quyular yeniləri ilə əvəz olunur və yatağın lazımi texnoloji rejimdə istismarı üçün şərait yaranır”. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır