Bu ilin dördüncü rübündə “Şahdəniz”də məlumat quyusu qazılacaq
Cari ilin 4-cü rübündə “Şahdəniz”də məlumat quyusu qazılacaq.
Bu barədə AZƏRTAC-a BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, bu ilin 4-cü rübündə “Şahdəniz”də məlumat quyusu qazılacaq. Bu quyu kəşfiyyat yox, məlumat xarakterlidir. Məqsəd təzyiq gücünün, temperaturun və sair parametrlər haqqında məlumatların alınmasıdır. Bu məlumatlar əsasında isə yeni planların hazırlanması gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır