Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

aliya prezidenti: Xəzərin qazı Avropa üçün çox önəml

İtaliya prezidenti Sercio Mattarella bildirib ki, “Cənib Qaz Dəhlizi” (CQD) layihəsi Avropa üçün böyük önəm kəsb edir. “Cənub Qaz Dəhlizində İtaliya tərəfinin və Azərbaycan tərəfinin səylərini qiymətləndirir və ümumi maraqlarda olan bu məsələlərin həll yolunu tapması üçün hər iki tərəfin çalışacağını bildiririk. Çünki Cənub Qaz Dəhlizi və eləcə də Xəzər dənizi regionu, Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”, – deyə o, bu gün Bakıda prezident İlham Əliyevlə mətbuata bəyanatda söyləyib. İ.Əliyev öz növbəsində vurğulayıb ki, CQD layihəsi Azərbaycan-Aİ əlaqələrinin inkişafı üçün mühüm rol oynayır. “Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır”, – deyə o qeyd edib. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır