Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Eni” Aralıq dənizinin Misir sektorunda böyük qaz yatağı kəşf

Aralıq dənizinin Misir sektorunda dünyanın ən böyük təbii qaz yataqlarından birinin aşkar edildiyi bildirilir. Misirdə fəaliyyət göstərən enerji şirkətlərinin dünyanın ən böyük təbii qaz yataqlarından birini aşkar etdiyi və Misir hökumətinin bu kəşfi elan etməyə hazırlaşdığı qeyd olunur. İtaliyanın “Eni” şirkətinin işlənməsini həyata keçirdiyi Misirin Aralıq dənizi sahilindəki “Noor” yatağında təxminən 2 trilyon 550 milyard kubmetr təbii qaz aşkar edilib. “Noor”un ehtiyatlarının Aralıq dənizində kəşf edilən bütün təbii qaz yataqlarından daha çox olduğu təxmin edilir. Rəsmi olaraq elan edildikdən sonra bu yatağın dünyanın ən böyük 10 təbii qaz yatağının siyahısına daxil olacağı gözlənilir. “Noor” yatağı “Eni” şirkətinin 2015-ci ildə kəşf etdiyi və 850 milyard kubmetr təbii qaz ehtiyatı olan Aralıq dənizindəki “Zohr” yatağı ilə eyni blokda yerləşir. “Shorouk” adlı verilən bu blok “Eni” şirkəti tərəfindən idarə olunur. Təbii qaz tələbatı böyük olan Misir yeni kəşf etdiyi yataqlar sayəsində həm daxili tələbatı ödəmək, həm də yaxın vaxtlarda yenidən qaz ixracatçısı olmağı hədəfləyir. Xatırladaq ki, iyunun 20-də “Eni” şirkəti Rusiyanın “Rosneft” və BP şirkətlərinin səhmdarı olduğu “Shorouk” blokunda Birləşmiş Ərəb Əmirliklərinin “Mubadele Petroleum” şirkətinin də 934 milyon dollarlıq səhm aldığını açıqlayıb. Hazırda həmin blokda “Eni” 50 faiz, “Rosneft” 30 faiz, BP 10 faiz və “Mubadele Petroleum” isə 10 faizlik səhmə sahibdir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır