Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

rbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi və TANAP-la bağlı BMT baş katibinə məktub ünvanla

Azərbaycan, Gürcüstan və Türkiyənin BMTyanında daimi nümayəndələri Cənub Qaz Dəhlizi və TANAP layihəsinin fəaliyyətə başlaması ilə əlaqədar BMT baş katibinə birgə məktub ünvanlayıblar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda Cənub Qaz Dəhlizinin əsasının 20 sentyabr 2014-cü ildə qoyulduğu qeyd olunub. Məktubda 40 milyard ABŞ dollarından artıq sərmayənin cəlb olunduğu və dünyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinə Şah Dəniz II qaz yatağının işlənməsi, Cənub Qafqaz boru xətti, TANAP və TAP layihələrinin daxil olduğu diqqətə çatdırılıb. Bu layihənin enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunaraq dünyamiqyaslı bu təşəbbüsün beynəlxalq əməkdaşlıq sayəsində həyata keçirildiyi diqqətə çatdırılıb. Sözügedən layihənin Avropada və regionda yalnız enerji sahəsində deyil, digər sektorlarda da əməkdaşlığı dərinləşdirəcəyi vurğulanıb. Məktubda Cənub Qaz Dəhlizi layihəsinin əsrin ən böyük layihələrindən biri olduğu qeyd olunaraq, regionun gələcək çiçəklənməsi, iqtisadi və sosial rifah ilə sinonim təşkil etdiyi və qlobal enerji tələbatının şaxələndirilməsinə töhfə verərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində olan qlobal səylərə, sülhə və təhlükəsizliyə xidmət etdiyi diqqətə çatdırılıb. Məktub BMT Baş Assambleyasının 72-ci sessiyasının müvafiq gündəlik maddələrinə uyğun olaraq A/72/890 nömrəsi ilə BMT Baş Assambleyasının sənədi kimi yayılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır