Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

nyada xam neft ehtiyatları azalıb, qaz ehtiyatları isə ar

2017-ci ildə dünyada mövcud olan xam neft ehtiyatlarının həcmi 1,483 trilyon barel təşkil edib. Bu da 2016-cı illə müqayisədə 0,4% azdır. Bununla belə, aşkarlanmış qaz ehtiyatları 2016-cı illə müqayisədə 0,2% artıb və 199,4 trilyon kubmetr təşkil edib. Bu barədə OPEC-in yaydığı hesabatda bildirilir.  Hesabatda o da qeyd olunur ki, OPEC üzvlərinin aşkar olunan neft ehtiyatları 0,3% azalıb və 1,214 trilyon bareli təşkil edib. Azalmaya baxmayaraq, OPEC üzvlərinin dünya neft ehtiyatlarında olan payı 0,01% artıb və 2017-ci ildə 81,9% təşkil edib. OPEC həmçinin bildirib ki, ötən il təşkilata üzv olan ölkələrin xam neftin ixracı da azalıb. Belə ki, 2016-cı ildə bu rəqəm sutkada 24,87 milyon barel təşkil edirdisə, ötən il bu göstərici sutkada 406 min barel azalıb. Neft idxalının əsas payı Asiya və Sakit okeanın payına düşüb (sutkada 15,56 milyon barel). Bundan sonra OPEC ölkələrdən neft idxalını artıran Avropa ölkələri gəlir (sutkada 4,64 milyon barel). Şimali Amerika ölkələri ötən il OPEC-dən sutkada 3,21 milyon barel idxal ediblər. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır