Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-26,
Seanews
Heyder Eliyev

LNG tədarükünün əsas hissəsi istiqamətini dəyişə  bilər

Tələbatın artması ilə LNG tədarükünün əsas hissəsi yenidən istiqamətini dəyişə və Avropanı Asiya ilə əvəz edə bilər. Asiyanın LNG yüklərinə marağı artır, Avropanın marağı isə azalır.

“Seanews.az” xəbər verir ki,  bu ilin yanvar-aprel aylarıda Avropaya LNG idxalı rekord həddə çatıb. “Beləliklə, bu dörd ay ərzində Avropaya tədarükün ümumi həcmi 45,2 milyon ton təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur”, - deyə “Refinitiv”in məlumatlarında bildirilir. - “May ayında bu rəqəmin 10,9 milyon ton və ilin əvvəlindən bəri ən aşağı olacağı gözlənilir”.

Asiyaya gəlincə, proqnozlara görə, bu bölgəyə maye qaz tədarükü may ayında bərpa edilməlidir - apreldə 19,8 ilə müqayisədə 20,4 milyon ton. 2022-ci ilin yanvar-aprel aylarında Asiya 88,05 milyon ton LNG idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% azdır. Çinli alıcıların marağının yenidən artmasının əlamətləri görünür. May ayında Çinə tədarüklər təxminən 5,4 milyon ton təşkil edəcək ki, bu da yanvar ayından bəri ən yüksək göstərici olacaq

Avropanın qaz anbarları əsasən dolu olduğundan və Rusiyadan qaz tədarükü hələ də davam etdiyindən, çox güman ki, Avropa yaxın gələcəkdə alışı azaldacaq. Eyni zamanda, Asiyada qeyri-adi isti hava hökm sürür və bu, müştəriləri LNG alışlarını artırmağa məcbur edəcək.

Xatırladaq ki, bu ilin yanvarında Avropada LNG qiymətləri rekord həddə çatmışdı. Daha sonra Asiyaya gedən tankerlər Avropaya yola salınırdı. Yükgöndərənlər üçün tankerləri hətta dolama yollarla da yönləndirmək sərfəli idi, çünki Avropadakı enerji böhranı orada qazı Asiyada olduğundan daha bahalaşdırmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır