Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Anbarlarında 1 milyon barel neft olan tanker BƏƏ-dən Avropaya yollanıb

Birləşmiş Ərəb Əmirlikləri iki ildə ilk dəfə olaraq alıcıları tədricən Rusiyadan enerji idxal etməkdən imtina edən Avropa bazarına neft tədarük etməyə başlayıb.

“Seanews.az”  xəbər verir ki,  "Bloomberg" agentliyi dəniz gəmilərinin izləmə məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəlib.

Fransanın “TotalEnergies” şirkəti tərəfindən icarəyə götürülmüş "Moskva Spirit" tankeri Aralıq dənizi üzərindən qərbə doğru gedir. Tankerin anbarlarında BƏƏ-də qəbul edilmiş təqribən 1 milyon barel neft var və  Avropa limanlarından birinə çatdırılmalıdır.

Bundan əlavə, “TotalEnergies” tərəfindən icarəyə götürülmüş başqa bir tankerin BƏƏ-dən Misirə çatdıracağı böyük həcmdə neft Qırmızı dənizdəki Ayn Soxna terminalını Aralıq dənizindəki Sidi Kerir limanı ilə birləşdirən boru kəmərinə vurulacaq. Bu neftin də sonda Avropaya çatacağı ehtimalı az deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır