

C+ anlaşmasının müddətinin uzadılmasının tərəfdarları ar
“Neft hasilatçısı olan daha bir neçə ölkə OPEC+ anlaşmasının müddətinin 6 ay uzadılması barədə təklif irəli sürüb”. Bunu İraqın neft naziri Cabbar əl-Luaibi deyib. Bununla belə, o, təklifi irəli sürən ölkələrin adını açıqlamayıb. Xatırladaq ki, martın 25-də Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC+ anlaşmasının müddətinin 2019-cu ildə də uzadılmasını təklif edib. Buna qədər belə bir təklif irəli sürülməyib, tərəflər anlaşmadan çıxmağı düşündüklərini bildiriblər. Qeyd edək ki, OPEC+ anlaşması iştirakçılarının növbəti iclası iyunun 22-də Vyanada (Avstriya) keçiriləcək. Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır