Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

AP qaz boru kəmərinin istifadəyə veriləcəyi vaxt məlum

Trans-Anadolu (TANAP) qaz boru kəməri bu ilin iyul ayında istifadəyə veriləcək. “Anadolu” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında bildirib. Onun sözlərinə görə, ötən ay artıq Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ilk sınaq işlərinə başlanılıb və iyul ayından boru kəmərinin istifadəyə verilməsi mümkün olacaq. Nazir bildirib ki, TANAP Türkiyənin enerji təchizatı təminatı və Milli enerji və mədən Strategiyası baxımından da önəmli layihədir: “Son iki ildə təchizat təminatı məsələsində önəmli addımlar atılıb”. B.Albayrak qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizindəki təbii ehtiyatların Avropa və dünya bazarlarına daşınması üçün də ən məqbul və ən rasional alternativdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır