Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Şahdəniz-2” layihəsində işlərin 92%-i tamamla

“Şahdəniz-2” layihəsi çərçivəsində sistemə sınaq rejimində ilk qazın verilməsi həyata keçirilib. Əsas məqsəd sistemdə mövcud ola biləcək qüsurların aşkarlanmasıdır. Layihənin operatoru BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli  müsahibəsində bu barədə məlumat verib. Bildirib ki, ümumilikdə Şahdəniz-2 layihəsində ilk qazın hasilatı üçün işlər demək olar yekunlaşıb, tamamlama səviyyəsi 99.2%-dir.  “İlkin testlər onu deməyə əsas verir ki, tikinti işləri yüksək səviyyədə və kifayət qədər dəqiq həyata keçirilib. Artıq bu testlərin bir qismi yekunlaşıb. Gürcüstanda 81-ci hissə kompressor adlanan hissədə işlər yekunlaşıb. Platformada da sistemlərə qaz vurulmağa başlayıb. Burda da hər hansı problem aşkar edilməyib”. “Şahdəniz-2” mərhələsi çərçivəsində hasil olunacaq qazı Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyə sərhədinədək çatdıracaq Cənubi Qafqaz Boru kəmərində də sınaqlar keçirilib. Kəmərə boş həcmlərin doldurulması üçün mavi yanacaq vurulub və sınaq uğurlu olub. Ümumilikdə işlərin gedişi qrafiki qabaqlayır. Bu, Türkiyə ərazisində inşası davam edən TANAP kəmərinə də aiddir. Beləliklə, Türkiyə TANAP kəməri vasitəsilə 2018-ci ilin ortasında “Şahdəniz-2” çərçivəsində hasil olunan mavi yanacağı qəbul edə biləcək. Qazı Avropaya çatdırmalı olan TAP kəmərində də inşaat davam edir. Əvvəllər mövcud olmuş çətinliklər aradan qaldırılıb. Cənub Qaz Dəhlizində işlərin gedişatı, əldə olunan uğurlar və müşahidə edilən çətinliklərin həlli yolları fevralın 15-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısında müzakirə ediləcək. Sayca 4-cü dəfə baş tutacaq toplantıda layihənin iştirakçısı olan dövlətlərin rəsmiləri, tərəfdaş şirkətlərin rəhbərləri, beynəlxalq maliyyə qurumlarının təmsilçiləri iştirak edəcəklər. CBC


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır