Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

AR qazma işlərini 31% artı

Azərbaycan Dövlət Neft Şirkəti 2017-ci il ərzində 138 min metr qazma işi həyata keçirib. Bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur. Qeyd olunub ki, SOCAR 2017-ci ildə qazma işlərinin həcmini artırmaqla neft və təbii qaz hasilatını sabitləşdirib. İl ərzində həyata keçirilən qazma işlərinin 93%-i istismara, 7%-i kəşfiyyata aid olub. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq mədənçilərə təhvil verilib.  2017-ci ildə SOCAR üzrə hasilat 7,4 mln. ton neft, 6,1 mlrd. kubmetr qaz təşkil edərək əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə ölkə üzrə 38,7 mln. ton neft və 28,6 mlrd. kubmetr təbii qaz hasil olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır