Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Abşeron” və “Qarabağ” yataqları yeni formatda işlənə

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” və “Qarabağ” yataqlarının işlənməsi yeni formatda, beynəlxalq dəyərləndirmələr tətbiq edilməklə həyata keçiriləcək. Bunu “Azneft” İstehsalat Birliyində “Layihələrin ilkin qiymətləndirilməsi və idarə olunması” mövzusunda keçirilən iclasda Birliyin baş direktoru Daşqın İskəndərov bildirib. D.İskəndərov qeyd edib ki, həyata keçirilən layihələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür və bu məqsədlə layihələrin təhlili ilə məşğul olan beynəlxalq “Independent Projects Analysis” (Layihələrin Müstəqil Təhlili) şirkəti ilə əməkdaşlıq uğurla davam etdirilir. D.İskəndərov layihələrin dünyanın qabaqcıl şirkətləri tərəfindən qəbul olunmuş formada hazırlanmasının, hər bir layihənin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib, layihələrin planlaşdırılması zamanı qəbul olunmuş beynəlxalq standartlar formasında hazırlanmasının mühüm amil olduğunu bildirib. Sonra strateji inkişaf və korporativ idarəetmə şöbəsinin rəisi Seymur İlyasov layihələrin hazırlanmasında beynəlxalq standartların tətbiqi barədə məlumat verib, beynəlxalq şirkətlərin təcrübəsindən bəhs edib. O, beynəlxalq standartların yerli idarəetməyə tətbiqi və yerli standartlara inteqrasiya yollarından danışıb. Bir layihənin başlanğıcından sonuna qədər detallı məlumatları özündə əks etdirən təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb. Sonda D.İskəndərov bundan sonra layihələrin təqdim olunan formada həyata keçiriləcəyini bəyan edib. O, layihələrin idarə olunmasında tətbiq olunacaq yeniliklər barədə təqdimatın “Azneft” İB-nin tabeliyində olan müəssisələrdə də icra olunmasına dair göstəriş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır