Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Neft hasilatının azaldılması qərarı qlobal iqtisadiyyatın lehinədi

Neft hasilatının azaldılması üzrə qərar qlobal iqtisadiyyatın lehinədir və sektora müsbət təsir göstərib. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib. “Beş illik orta göstəricidə 380 milyon barrel rekord səviyyəyə çatdıqdan sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kommersiya neft ehtiyatları oktyabrda eyni dövrdəki orta səviyyənin aşağısına düşərək 140 milyon barreldən az olub. Buna əlavə olaraq, üzən anbarlardakı xam neft ehtiyatları isə bu ilin iyun ayında 50 milyon barrelə enib. Bütün dəyərləndirmələrdə bazarda tarazlığın yaranacağına dair mesajlar verilib”, – deyə o bildirib. Qeyd edək ki, bu il noyabrın 30-da isə Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası keçiriləcək. Azərbaycanın da dəvət olunduğu iclasda OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklər, eləcə də istehsal kvotanın artırılmasının əsas müzakirə mövzusu olacağı planlaşdırılır. Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində isə Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır