Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

AR və Britaniya şirkəti birgə müəssisə yaradı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Britaniyanın “Petrofac” neft-servis şirkəti “SOCAR Petrofac” birgə müəssisəsinin yaradılması haqqında müqavilə imzalayıblar. Birgə müəssisə beynəlxalq energetika layihələrində çalışan işçilər üçün müasir proqramlar əsasında daha təkmilləşdirilmiş təlim və treninqlərin keçirilməsi üzrə xidmətlər göstərəcək. Müqaviləyə uyğun olaraq, yeni müəssisədə SOCAR 51, “Petrofac” isə 49 faiz paya sahib olacaq. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və “Petrofac”ın beynəlxalq mühəndislik və istehsalat treninqləri sahəsində xidmətlər üzrə rəhbəri Kərim Osseyran imzalayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır