Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

AR “Bahar” təbii qaz yatağına dair yeni anlaşma memorandumu imzala

SOCAR Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar” təbii qaz yatağına dair yeni anlaşma memorandumu imzalayıb. Bu barədə “Greenfields Petroleum Corporation” şirkəti məlumat yayıb. Bildirilir ki, “Greenfields Petroleum Corporation” şirkətinin törəməsi “Bahar Energy Operating Company Limited” (“BEOC”) SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə “Bahar” təbii qaz yatağında dərin qaz quyularının qazılması üçün birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. “BEOC” “Bahar” qaz yatağının dərinlikdəki hissəsindən qaz hasilatını bərpa etmək üçün potensial yerləri müəyyənləşdirib. Memoranduma əsasən, “BEOC” və Kompleks Qazma İşləri Tresti birgə qazma əməliyyatlarının beynəlxalq standartlara uyğun həyata keçirilməsini təmin etmək üçün bərpa edilən “BH 196” dəniz platformasını birgə yoxlayacaq. Kompleks Qazma İşləri Tresti dərin quyular üçün layihə və qazma planını hazırlayacaq. Həmçinin 18 min metr dərinliyə quyuları qazmaq üçün yerlər seçiləcək. Tərəflər “Bahar”da həyata keçiriləcək qazma işlərinə dəstək olmaq üçün 2018-ci ilin əvvəllərində yekun inkişaf planını təklif etməyi planlaşdırırlar. “Greenfields Petroleum” şirkətinin prezidenti Con Harkins deyib: “Bu, “Bahar” qaz yatağının daha dərinlikdəki hissəsindən yeni qaz quyularının qazılması üçün Kompleks Qazma İşləri Tresti ilə əməkdaşlıq və Azərbaycan üçün əhəmiyyətli olan qaz hasilatını bərpa etmək üçün əla bir fürsətdir”. Qeyd edək ki, “Bahar Energy Operating Company Limited” “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəmə şirkətidir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır