Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

AR Vyetnamla neft ixracı müqaviləsi bağla

Azərbaycanın “SOCAR Trading” və Vyetnamın “Binh Son Refining and Petrochemical Co.” (BSR) şirkətləri arasında müqavilə imzalanıb.  Müqaviləninin qüvvədə olacağı 2018-2021-ci illər ərzində hər ay “SOCAR Trading” Vyetnam şirkətini ayda 3 mln. barel “Azeri Light” və 2 mln. barel  digər markalı xam neftlə təmin edəcək. Bu xammal şirkətin “Dung Quat” neft emalı zavodu üçün nəzərdə tutulub. BSR-in rəhbəri Nqyuen Hoai Gianq jurnalistlərə açıqlamasında bildirib ki, bu müqavilə şirkət üçün olduqca əhəmiyyətlidir. Qeyd edək ki, 2017-ci ilin ilk 11 ayında Vyetnamda neft hasilatı illik müqayisədə 10,6% azalaraq 12,48 mln. tona, yaxud gündəlik 273,8 min barelə düşüb. Halbuki ölkə illik hədəf istehsalı kimi 14,2 mln. ton müəyyən edib. “Thompson Reuters Eikon” sistemi göstərir ki, bu ilin yanvar-noyabr aylarında SOCAR artıq Vyetnama 4 mln. barel xam neft ixrac edib. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır