Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Azneft”: “Mayak” layihəsinin icrasına başlanıl

“Azneft” İstehsalat Birliyində (İB) “Mayak” layihəsinin icrasına başlanılacaq. Birlikdən bildirilib ki, “Azneft”də “Mayak” layihəsinin icrası ilə bağlı iclas keçirilib. Görüşdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, şirkətin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, birliyin rəhbərliyi, idarə və şöbə rəhbərləri iştirak ediblər. D.İskəndərov son illər ərzində “Azneft” İstehsalat Birliyində mühüm layihələrin həyata keçirilməsindən, birlikdə innovativ üsulların tətbiqinin önəmindən bəhs edib. O qeyd edib ki, “Mayak” layihəsində yeni yanaşma ilə məhsuldarlığın artımına nail olunacaq. Bu layihənin “Azneft” İstehsalat Birliyinin daxili imkanları hesabı ilə həyata keçiriləcəyini deyən baş direktor layihənin SOCAR-ın rəhbərliyi tərəfindən də dəstəkləndiyini ifadə edib. D.İskəndərov “Mayak” layihəsində əsas məqsədin ilkin olaraq 2018-ci və 2019-cu illər üzrə hasilatın artımına nail olmaq, daha sonra isə sözügedən layihənin digər yataqlarda tətbiqinə start vermək olduğunu qeyd edib. Baş direktor bunun üçün yeni yanaşma üsullarına və təkliflərə açıq olmağın əhəmiyyətindən danışıb, həll imkanları haqqında yeni fikirlərin ortaya qoyulmasının, eləcə də, yeni təşəbbüslərə mane olan faktorların aradan qaldırılmasının vacibliyini bildirib. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Y.Lətifov da “Mayak” layihəsi təşəbbüsünün əhəmiyyətindən bəhs edərək layihə iştirakçılarını təbrik edib. Vitse-prezident layihələrin icrası zamanı yeni yanaşma üsulları ilə uğur qazanmağın daha asan mümkün olacağını qeyd edib. O, ölkəmizin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək üçün hər bir sahədə olduğu kimi, neft-qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin hazırlandığını deyib. Y.Lətifov Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş SOCAR-ın Strateji Yol Xəritəsində də layihələrin icrası zamanı yeni yanaşma üsullarının tətbiqinin xüsusi vurğulandığını qeyd edib. Bu baxımdan layihənin böyük əhəmiyyət kəsb etdiyini bildirib. SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov layihələrin icrası zamanı ortaya çıxan məqamların düzgün şəkildə qeyd edilməsi və bütün ayrıntıların təhlil olunmasının vacibliyini ifadə edib. Sonra “Azneft” İB-in baş direktorunun yeni texnika və innovasiya üzrə müşaviri Hacıbaba Ağayev, “Mayak” layihəsinin təqdimatını keçirib və layihə haqqında geniş məlumat verib. H.Ağayev layihənin məqsədi, strukturu, icra prosesi və atılacaq addımlar haqqında məruzə ilə çıxış edib. O bildirib ki, layihənin icrası üçün gənc mütəxəssislərdən ibarət komanda formalaşdırılıb. Bu komanda layihənin icra vəziyyəti barədə həftədə bir dəfə dəyərləndirmə iclası keçirəcək və nəticələri barədə rəhbərliyə məlumat verəcək. H.Ağayev layihənin komandası haqqında məlumat verərək bildirib ki, heyət “Azneft” İB və “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) mütəxəssislərindən təşkil olunub. Daha sonra ABŞ-ın “McKinsey&Company” şirkətinin nümayəndəsi sözügedən layihə haqqında danışıb və onun əhəmiyyətindən bəhs edib. Sonda “Mayak” layihəsindən müsbət nəticələr alınacağına əminlik ifadə olunmuş və iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır