• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

TAP-ın buraxılış gücü tələb və təklif dinamikasına uyğun olaraq genişləndiriləcək

Azərbaycan qazını Avropaya nəql edən "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) buraxılış gücü tələb və təklif dinamikasına uyğun olaraq genişləndiriləcək.

Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Qeyd olunub ki, TAP hazırda tam istismar mərhələsindədir:

"Bu günədək boru kəməri ilə 3 milyard kubmetrə qaz nəql olunub, may ayında isə nəql gücünün artırılması ilə bağlı bazar sınaqları mərhələsi başlayıb. Bu proses vasitəsilə tədarükçülər gücün ildə 20 milyard kubmetrədək artırılması ilə bağlı təkliflərini irəli sürə bilər"

TAP-ın icraçı direktoru Luka Skyeppati qeyd edib ki, TAP tədarükçülərə təhlükəsiz və etibarlı nəqliyyat xidmətləri təklif edir:

"TAP-ın gücünü bir neçə mərhələdə və tələb-təklif tendensiyasına uyğun artırmaq olar. Bu, xüsusiə də Cənub-Şərqi Avropa ölkələri üçün karbonsuzlaşdırma hədəflərinə çatmaq üçün gözəl imkandır".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır