• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb

Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,668 milyard barel neft nəql edib.

"Seanews.az" bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 794 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 135 AÇG nefti daşıyan tanker və ya 97,7 milyon barel neft yola salınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır