Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi”nə daxil olan boru kəmərlərinin tikintisi üçün 41,5 milyard dollar sərf olun

“Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi”nə daxil olan boru kəmərlərinin tikintisi üçün bu günün qiymətləndirilməsinə görə 41,5 milyard dollar vəsait sərf olunacaq. Bu barədə Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017”də “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib. O bildirib ki, bu vəsaitin 11,8 milyard dolları Azərbaycanın öhdəliyidir. Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır