Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı iki estakadayanı meydança təmir ed

N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar obyektlərində infrastruktur təkmilləşdirilir. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, dənizdəki neft-qaz yataqlarının abadlaşdırılması, yeni hidrotexniki qurğuların tikintisi, eləcə də mövcud infrastrukturun daha səmərəli istismar edilməsi istiqamətində mühüm işlər görülür, iş prosesində əməyin təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır. Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı 279A və 332 saylı estakadayanı meydançalar əsaslı təmir olunub. 279A saylı estakadayanı meydançada 98 möhkəmləndirici svay vurulub, 11 metal lövhə, 237 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 2 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri görülüb. Ümumiyyətlə, estakadayanı meydançanın 2080 kvadratmetrlik hissəsi əsaslı təmir olunub. 332 saylı estakadayanı meydançanın 1070 kvadratmetrlik hissəsində 38 möhkəmləndirici svay vurulub, 5 metal lövhə, 132 metr uzunluğunda məhəccər çəpəri, dalma nasosları üçün 2 ədəd şaxta və bir ədəd xidmət meydançası quraşdırılıb, bir ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri həyata keçirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Görülən tədbirlər başa çatdırıldıqdan sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançaların tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb, obyektlər istismara qəbul edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır