Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

atıda “Neft-Qaz KIOGE-2017” Beynəlxalq sərgi və konfransı keçir

İki gün davam edəcək konfransda dünyanın 25 ölkəsindən 250-dən artıq şirkət iştirak edir. Bunların arasında neft, neft-kimya sənayesi üçün maşın və avadanlıq istehsalı, neft-qaz sənayesinin məhsulları, müxtəlif xidmətlər, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkətlər də var. Azərbaycanı tədbirdə Caspian Marine Services Limited şirkəti təmsil edir. KIOGE sərgi və konfransında neftin qiymətinin aşağı olması şəraitində şirkətlərin fəaliyyəti, investisiyaların cəlb edilməsi, həmçinin neft hasilatının səmərəliliyinin artırılması məsələləri müzakirə edilir. Həmçinin innovasiya texnologiyalarının inkişafı sahəsində karbohidrogenlərin daşınması və saxlanılması, Qazaxıstanın iri layihələrinin dəniz, dəmir yolu və neft kəmərləri ilə nəqli, “Şərq-Qərb” nəqliyyat dəhlizində etibarlı yerin təmin edilməsi mövzuları ətrafında diskussiyalar aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır