Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“OPEC+” nazirlərinin növbəti iclasının vaxtı açıqlanıb

OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 29-cu iclası aprelin 28-də keçiriləcək.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, “OPEC+” nazirlərinin 16-cı toplantısı da videokonfrans formatında həmin gün təşkil olunacaq.

“OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) iclasının bir gün əvvəl keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, dünən keçirilən “OPEC+” nazirlərinin 15-ci videogörüşündə gündəlik xam neft hasilatının növbəti 3 ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır