Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ustda SOCAR dövlət büdcəsinə 133,7 milyon manat öd

SOCAR tərəfindən bu ilin avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib. Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 milyon 321 min manat və ya 14,9 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında şirkət büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödəyib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 milyon 946 min manat və ya 15,8 faiz çoxdur. Bundan əlavə, cari ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 575 min manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 99 milyon 826 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 479 min manat və ya 5,8 faiz çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır