lən ilin neftin qiyməti 40-43 dollar/barrel ol
Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti 2018-ci ildə qlobal bazarda neftin bir barrelinin orta qiymətinin 40-43 dollar olacağını proqnozlaşdırır. AZƏRTAC xəbər verir ki, bu sözləri “Rosneft” şirkətinin idarə heyətinin sədri İqor Seçin deyib. O bildirib ki, ABŞ-da şist nefti istehsalının artması və bu ölkədəki maliyyə alətləri “qara qızıl”ın qiymətinə təsir edən ən əsas faktorlardır. Hesablamalar göstərir ki, ABŞ-da neftin qiyməti elə məhz 40 dollar/barrel civarında olmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır