Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Şahdəniz” yatağında hasilat 14 günlük dayandırı

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Mərhələ 1” (Alfa) platformasında, Səngəçal terminalındakı “Şahdəniz” qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir. Bu barədə  yatağın operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Plana əsasən, “Şahdəniz Mərhələ 1” platformasından hasilat avqust ayının 14-dən dayandırılıb və proses təxminən 14 gün ərzində davam edəcək. Proqrama “Şahdəniz Mərhələ 1” və “Mərhələ 2” qurğuları arasında keçid xətti üçün birləşdirmələr, Gürcüstanda 1-ci nasos stansiyasındakı qaz ölçü və təhvilvermə qurğusunun yenidən qurulması kimi müxtəlif layihə işləri də daxildir. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2016-cı ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2017-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilib. Bildirilib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun platformalarının hamısından – “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. “Bu planlaşdırılmış proqramlar müntəzəm təftiş, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür”, – deyə məlumatda qeyd olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır