

SOCAR keçən il 56 min metrədək qazma işləri görüb
Ötən il SOCAR üzrə 56 min metrə yaxın qazma işləri həyata keçirilib.
Şirkətdən bildirilib ki, 2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qaldı. SOCAR da bu ümumi prosesdən müəyyən dərəcədə təsirləndi. Şirkət “OPEC+” razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaltdı. Tətbiq edilən məhdudiyyətlər il ərzində neft və qaz qiymətlərində qlobal artımla nəticələndi. SOCAR həm razılaşma çərçivəsində, həm də xərclərin optimallaşdırılması məqsədilə görülmüş digər tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlılığını təmin etməyə nail oldu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır