Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Şahdəniz Mərhələ 2” üzrə ümumi işlərin 95 faizdən çoxu tamamla

Cari ilin birinci yarısında “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib. “BP-Azerbaijan” şirkətindən  verilən məlumata görə,  layihə üzrə işlər – mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla – ümumilikdə 95 faizdən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində – həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı “ATA” (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı dərin özüllər zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir. İyunda layihə daha bir mühüm hadisəni qeyd edib – “Şahdəniz Mərhələ 2” üçün tikilən platformalardan birinin üst modulları yola salındı və dənizdə quraşdırılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olunan rəsmi mərasimdə Prezident İlham Əliyev də iştirak edib. Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulub və uğurla bərkidilib. “ATA” tikinti-quraşdırma sahəsində “Şahdəniz-2” üçün inşa olunan paltformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90 faiz tamamalanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır. Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib və bu da “Şahdəniz-2” layihəsində mühüm bir mərhələdir.   Bunu da oxu: “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları başa çatıb Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub. Onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır