Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Xəzər dənizində qazma qurğusunun modernləşdirilməsinin bitəcəyi vaxt açıqlanıb

"Satti" qazma qurğusunun modernləşdirilməsi COVID-19 pandemiyasının səbəb olduğu ləngimələrlə əlaqədar başa çatmayıb.

Bu barədə Trend-ə "Caspian Drilling Company" şirkətindən bildiriblər.

Məlumata əsasən, modernləşdirilmə işlərinin bu il fevralın sonunadək başa çatdırılması planlaşdırılır.

Bundan başqa, "Dədə Qorqud" qurğusunun işə cəlb olunması üçün müqavilə imzalanması barədə danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

"Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır