Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Ceyhan terminalından indiyədək 3,57 mlrd. bareldən artıq neft yola salınıb

Bu il (yanvarın 4-nə olan məlumata görə) Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1,74 mln. barelə yaxın neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin  nefti nəql edilir.

 Məlumata əsasən, bu il terminalda 2 tanker yüklənilərək yola salınıb.

Qeyd edək ki, Ceyhan neft terminalından bu günədək 3,57 mlrd. bareldən artıq neft yola salınıb və 4 661 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır