Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Günəşli”dəki 5 nömrəli platformada əlavə 8 quyu qazıl

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağındakı 5 nömrəli dərin dəniz özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır. Şirkətin mətbuat xidmətindən  bildirilib ki, layihənin baş podratçısı “Neftqaztikinti” trestidir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. İşlər çərçivəsində indiyədək bir dəst istiqamətləndirici boru, həmçinin suayrıcı borular hazırlanmış, 2 və 3 nömrəli modulların alt şitinin rekonstruksiyası tamamlanmış, yeni quyuların yerləri üçün quraşdırma işlərinə başlanılmışdır. Üç ədəd quyunun quraşdırılması üçün 25 metrlik dördzolaqlı hərəkət yolu çəkilmiş və qülləaltı postament qoyulub. Arakəsmə, örtük və ventilyator meydançalarının quraşdırılması üzrə işlər davam edir. Yaxın vaxtlarda 8 quyu şaxtası və 8 istiqamətləndirici boru layihə dərinliyinə vurulacaq, sementlənmə işləri görüləcək, quyular üçün yeni monifold blok yığılacaq, elektrik və nəzarət ölçü cihazları quraşdırılacaq. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır