Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Günəşli” yatağında iki özül təmir ol

SOCAR-ın “Neftqaztikinti” Tresti ”Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks təmir işləri aparır. SOCAR-dan  verilən məlumata görə, özüllərin daha keyfiyyətli istismarını, eləcə də hasilatın stabilliyini təmin etmək məqsədi ilə görülən işlərin sifarişçisi “Azneft” İstehsalat Birliyidir. 3 saylı özüldə təmir işləri artıq başa çatmaq üzrədir. İndiyədək özülüstü separator xətləri və texnoloji xətlər əsaslı təmir edilib, özülün birinci və ikinci yarusunda döşəməaltı tirlər və döşəmə dəyişdirilib. Su səthindən 3 və 9 metrdən yuxarı hissələrdə elementlər yeniləri ilə əvəz olunub. Bundan əlavə, özüldə bir ədəd yeni gəmi yanalma meydançasının quraşdırılması nəzərdə tutulub. 11 saylı özüldə isə əsaslı təmir üzrə işlərin əlli faizindən çoxu görülüb, özülün birinci və ikinci yarusunda döşəməaltı tirlər və döşəmələr dəyişdirilib. Özülün su səthindən 3 və 9 metrdən yuxarı hissələrində elementlərin dəyişdirilməsi işləri davam etdirilir. Obyektdə “NBO” tipli qurğunun gediş yolunun təmiri də həyata keçiriləcək. Tikinti-quraşdırma işləri zamanı təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün standartlara əməl olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır