Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Eni” və BP şirkətləri Misirdə yeni qaz ehtiyatları aşkarlayıb

İtaliyanın “Eni” və Böyük Britaniyanın BP şirkətləri Misirin Nil çayı deltasında yerləşən “Böyük Norus” yataqlarının yaxınlığında yeni təbii qaz ehtiyatlarının aşkar edildiyi barədə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda yeni qaz ehtiyatlarının sahildən 5 kilometr aralıda, 16 metr dərinlikdə olduğu bildirilir. Misirdə neft-qaz yataqlarının kəşfi və istismarı üzrə tərəfdaşlıq edən “Eni” və BP yaxın günlərdə “Əbu Madi” adlanan bu ərazidə müvafiq olaraq hasilatın 75 və 25 faizini həyata keçirəcək. Yaxın vaxtlarda Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi ilə hasilatın pay bölgüsü üzrə saziş də imzalanacaq. Yeni yataqlarda təbii qaz ehtiyatlarının həcmi barədə məlumat verilməyib.

İtaliya şirkəti 1954-cü ildən Misirin neft-qaz sektorunda fəaliyyət göstərir. Yeni yataqların kəşfiyyatını da “Eni”nin mütəxəssisləri həyata keçirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır