Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

rbaycan gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Təqdim olunan məlumatlara əsasən, cari ilin mayında  ölkə üzrə gündəlik neft hasilatı 785,3 min barel olub. Bunun 730,3 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 596,5 min barel xam neft, 55 min barel kondensat, 12,2 min barel isə neft məhsulları ixrac edilib. Qeyd edək ki, respublika üzrə yanvarda  gündəlik neft hasilatı 793,9 min , fevralda 776,4 min , martda 733,3 min , apreldə isə 781,1 min barrel olub olub. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır