• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

Qərbi Abşeron”dakı 32 nömrəli quyuda qazma işləri tamamla

“Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 32 nömrəli quyuda qazma işləri başa çatdırılıb. SOCAR-AQŞ-dən  bildirilib ki, faktiki dərinliyi 750 metr olan 32 nömrəli quyunun tikintisi işləri təhlükəsiz və ətraf mühitə  ziyan vurmadan yekunlaşdırılıb. SOCAR-AQŞ digər quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, hər hansı mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır