Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Yanvar-avqust aylarında Ceyhan terminalından Türkiyəyə BTC ilə nəql olunan 147 mln. barrelə yaxın neft göndərilib

2020-ci ilin yanvar-avqust ayları ərzində Ceyhan terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan neftin 146 mln. 771,902 min barreli göndərilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BOTAS International Limited Company”dən (BIL – BTC-nin Türkiyə hissəsinin operatoru) məlumat verilib.

“2020-ci ilin əvvəlindən və sentyabrın 1-nə olan vəziyyətə görə Ceyhan terminalından BTC neft kəməri ilə tədarük olunan neftin 146 mln. 771,902 min barreli göndərilib. BTC neft kəməri istismara verildiyi 2006-ci il iyunun 4-dən bütün dövr ərzində Ceyhan terminalından 3 mlrd. 507 mln. 20,125 min barrel neft göndərilib”, - şirkətdən qeyd ediblər.

BIL-in məlumatına görə, 2020-ci ilin yanvar-avqust aylarında Ceyhan terminalından BTC ilə nəql olunan 192 neft tankeri göndərilib. Ceyhan terminalı istifadəyə veriləndən cəmi 4,573 min tanker göndərilib.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin, SOCAR şirkətinin nefti nəql olunur. O cümlədən, BTC ilə Türkmənistan, Qazaxıstan və Rusiya neftinin nəqli həyata keçirilir.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır