Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Darvin bankası”ndakı özüldə yenidənqurma işləri başa ça

“Darvin bankası” yatağındakı 720 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədi ilə yenidənqurma işləri həyata keçirilib. “Seanews.az”–ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılıb. “Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb”, – deyə məlumatda qeyd edilib. Əlavə qazılacaq quyuların hər birindən gündəlik 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır