Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

AR ixrac etdiyi neft məhsullarının həcmini açıqla

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin mayında 9 min 996 ton dizel yanacağı, 1 min 783 ton təyyarə yanacağı, 7 min 746 ton yüksək təzyiqli polietilen, 1 min 184 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 178 ton maye piroliz qətranı, 2 min 911 ton propilen və 2 min 84 ton butilen butadien fraksiyası ixrac edib. SOCAR-dan verilən məlumata görə, ümumilikdə, cari ilin yanvar-may ayları ərzində 262 min 914 ton dizel yanacağı, 20 min 606 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 40 min 339 ton yüksək təzyiqli polietilen, 5 min 532 ton mütləqləşdirilmiş izopropil spirti, 28 min 100 ton maye piroliz qətranı, 17 min 7 ton propilen və 12 min 167 ton butilen butadien fraksiyası ixrac edilib. Cari ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin (1 ton üçün) qiyməti 520,58 dollar, təyyarə yanacağının – 471,86 dollar, dizel yanacağının – 442,95 dollar, 1 faizli kükürdlü mazutun – 299,83 dollar, yüksək təzyiqli polietilenin – 1222,50 dollar, butilen butadien fraksiyasının – 635,27 dollar, maye piroliz qətranının – 520,58 dollar, propilenin qiyməti – 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1592,50 avro təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır