Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Goldman Sachs”: OPEC bəzi problemlərlə qarşı-qarşıya qal

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) hasilatın azaldılması sazişini uzatmaqla bazar payını qorumaq və gəlir artımı yaratmaqla üz-üzə qalacaq. Seanews.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın məlumatında deyilir. “Goldman Sachs”a görə, OPEC qrupu bəzi problemlərlə qarşı-qarşıya qalacaq: “Hasilatın azaldılması ilə neft ehtiyatlarının aşağı salınması məqsədinə nail olmaq və ABŞ-da şist nefti istehsalında nəzarətsiz artımın qarşısının alınması üçün yaxın müddətli qiymətlər daha uzaq müddətli qiymətlərdən yüksək olmalıdır. OPEC şist nefti satışını zəiflətmək və bazarda təkrar təklif çoxluğunun yenidən yaranacağı ilə bağlı daha inandırıcı addımlar atmalıdır. Kartel həm gələcəkdə hasilatın yenidən artacağını söyləyərək, həm də mərhələli olaraq istehsalı artırıb bazar payını qoruyaraq ehtiyatları dəyişməz saxlaya bilər”. Xatırladaq ki, mayın 25-də Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelə üzv və qeyri-OPEC ölkələr neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılmasına qərar veriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır