• Bakı, 2020-07-02,
Seanews
Heyder Eliyev

"SOCAR AQŞ" Türkiyədə 6 yeni quyunun qazmasına başlayıb

"SOCAR AQŞ" şirkəti Türkiyədə "Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi" layihəsi çərçivəsində nəzərdə tutulmuş 40 quyudan 17-nin qazmasını başa çatdırıb.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Ramin İsayev bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində 6 yeni quyunun da qazılmasına başlanılıb.

R. İsayev bildirib ki, layihənin ümumi dəyəri 103 mln. ABŞ dolları təşkil edir, hər bir quyunun qazılması isə 2-2,5 mln. dollara başa gəlir.

Qeyd edək ki, layihəyə 2019-cu ildə başlanılıb və 2020-ci ilin oktyabrında başa çatdırmağa planlaşdırılır.

Xatırladaq ki, Türkiyənin Aksaray vilayətinin Düz gölü bölgəsində qaz anbarının genişləndirilməsi ilə bağlı "SOCAR AQŞ" və "China CAMC Engineering Co. Ltd. – IC İçtaş Construction Industries&Trade Inc." şirkəti arasında qazma müqaviləsi ötən il oktyabrın 17-də imzalanıb.

SOCAR AQŞ MMC inteqrasiya olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılmasıdır. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır