• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

TANAP Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayacaq

TANAP layihəsi Avropa İttifaqının qaz təminatının şaxələndirilməsi ilə yanaşı, enerji təchizatının təhlükəsizliyində mühüm rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri KİV-lərə açıqlamasında “Gürcüstan Neft-Qaz Korporasiyası”nın (GOGC) baş direktoru Georgi Baxtadze söyləyib.

Onun sözlərinə görə, Gürcüstan təbii qazın tranziti baxımından regional əhəmiyyətə malikdir. Bu gün Azərbaycan qazı Türkiyəyə məhz Gürcüstan ərazisindən daşınır. TANAP-ın işə düşməsindən sonra Gürcüstan qaz tranzitinə görə beynəlxalq əhəmiyyətə malik olub.

G.Baxtadze deyib: “TANAP istismara verilənədək Gürcüstan “Şahdəniz” yatağından ən çox 330 milyon kubmetr qaz alırdı. Cənubi Qafqaz Boru Kəməri işə başladıqdan sonra bu rəqəm tədricən artacaq və 2024-2026-cı illərdə 22 milyard kubmetrə çatacaq. Bu da Gürcüstana 1,1 milyard kubmetrə qədər təbii qazı daha aşağı qiymətə almağa imkan verəcək”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır