Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

“Babək” strukturunda qazma işlərinə bu il başlanılması planlaşdırılır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Babək” strukturunda ilk quyunun qazma işlərinə bu il ərzində başlanılması nəzərdə tutulur. 

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda qazma işlərinin aparılmasına hazırlıq görülür: "Artıq qazma işlərini həyata keçirəcək qurğu müəyyənləşdirilib. Bu, Qazaxıstandan Azərbaycana gətirilən "Sətti" özüqalxan üzən qazma qurğusudur. Hazırda bu qurğu BP şirkəti üçün nəzərdə tutulan 3 quyuda qazma işləri ("Dayazsulu Abşeron"-REP.) ilə məşğuldur. Bu səbəbdən də bu qurğunun “Babək” strukturunda qazma işlərinə başlayacağı dəqiq tarix məlum deyil. Ancaq bu il ərzində burada qazma işlərinə başlanılacaq”. 

B. Hüseynov bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında da yeni quyuların qazılmasına hazırlıq işləri görülür.

Onun sözlərinə görə, “Ümid” yatağının 1 saylı platformasında quyu qazılacaq: “Bu yataqda ikinci platforma tikiləcək və orada da yeni quyuların qazılması nəzərdə tutulur".

Report

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır