Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Ceyhan terminalından bu il neftlə yüklənmiş 293 tanker yola salınıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 230,790 mln. barel xam neft nəql edib.

“Report” xəbər verir ki, bu həcmdə xam neft 293 tankerə yüklənilərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,358 mlrd. barel neft 4 378 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır