Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

BP şirkətinin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər

BP şirkətinin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, BP qrupunun baş icraçı direktoru Robert Dadli və onu gələn ildən bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər. Səfər çərçivəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər keçirilib.

Qeyd edək ki, hazırda BP qrupunun apstrim bölümünə rəhbərlik edən B.Luni R.Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində gələn il fevralın 5-dən əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.

R.Dadli fevralın 4-də BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək, martın 31-dən isə təqaüdə çıxacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır